Duyuru:

Web sitemize hoş geldiniz, umuyoruz ki web sayfamızı beğenirsiniz ve her zaman misafirimiz olursunuz.

3 Kasım 2013 Pazar

Aspirin "Kör"mu ediyor?




Estoniya, Norveç, İspaniya, İngiltərə, Fransa, Yunanıstan və İtaliyadan yaşı 65-dən yuxarı olan 4700 iştirakçını araşdıran alimlər aspirin istifadə edənlərdə görmə probleminin daha çox yaşandığını açıqladı. Hollandiya Nevrologiya elmi İnstitutundan Paulus da Jong, "Sarı nöqtə ilə ürək damar xəstəliklərinin əlaqəsi var" dedi.
İngilis alimlər brokkoli içində olan sağlamlığa faydalı maddələri artırmağı bacardı. İngiltərədəki John Innes Mərkəzi və Norwich Qida Araşdırmaları İnstitutununun alimləri, "superbrokoli"nin ürək-damar xəstəlikləri ilə bəzi xərçəng növləriylə döyüşə bildiyini açıqladı. 1983-cü ildə təbii olaraq yüksək səviyyədə glükofaranin maddəsini ehtiva edən yabanı brokolinin tapılmasından yola çıxan elm adamları, normal brokoliyə bənzəyən, ancaq bu maddəni 2-3 qat çox ehtiva edən "superbrokoli"-yə "Beneforte" adını verdi. Sülforafa xroniki iltihabları da azaldır.
İngiltərənin tanınmış qəzeti Independent, keyfiyyətli bir həyat və uzun bir ömür üçün kifayət qədər yatmanın çox əhəmiyyətli olduğunu yazdı. Sağlam bir yuxunun ürək-damar xəstəliklərinin qarşısını aldığı, piylənmə nisbətini azaltdığı və dinc bir zehin təmin etdiyi ifadə olunarkən, Glasgow Universitetinin Professoru Colin Espie "Yuxu bizə güc və müqavimət verər. Keyfiyyətli bir yuxu insan sağlamlığı üçün çox əhəmiyyətlidir" dedi.
Paylaşmak Güzeldir

Unknown

2013 Yılının son çeyreğinde blog yazmaya başladım, gündemi yoğun bir şekilde takip ediyorum ve önemli gördüğüm hususları blogum üzerinden sizlere aktarıyorum.

0 yorum:

Yorum Gönder

Copyright @ 2013 Hayallere Giden Yol. Designed by Elementx | Love for Siristatlı