Duyuru:

Web sitemize hoş geldiniz, umuyoruz ki web sayfamızı beğenirsiniz ve her zaman misafirimiz olursunuz.

16 Ekim 2014 Perşembe

Qış aylarının ən faydalı tərəvəzi




Qış aylarında kərəvizdən bol miqdarda istifadə etsək də, onun faydalarının bir çoxundan xəbərsizik. Bu tərəvəzin 95 faizi sudan ibarətdir. Ona görə də xüsusilə arıqlamaq istəyənlər bol-bol kərəviz yeməlidirlər.

Demək olar ki, bütün pəhriz reseptlərində adı çəkilən kərəviz liflə zəngindir. Bunun sayəsində həzm sistemini daha sürətlə işləməyə məcbur edir. Bu da o deməkdir ki, nə qədər çox kərəviz yesəniz, o qədər tez arıqlaya bilərsiniz.

Bu tərəvəzi yeməklərdə və salatlarda istifadə edə bilərsiniz. Həmçinin qreyfurt, kahı, kələm, turp, soğan kimi tərəvəzlərlə birlikdə suyunu çıxararaq içə bilərsiniz.

Kərəvizlə hazırladığınız yeməyə portağal da əlavə etsəniz, qış aylarında soyuqlamadan və qripdən özünüzü müdafiə etmiş olarsınız.

Kərəvizin faydası təkcə arıqlatmaqdan ibarət deyil.

Kərəviz A, B, C, D, E, K kimi vitaminlər baxımından olduqca zəngindir. Bu tərəvəzdə həmçinin fosfor, manqan, dəmir, sink, selenium, kalsium kimi bədən sağlamlığı üçün mühüm maddələr də var.

Kərəviz cinsi gücü artırır. Kərəviz yemək stressə qarşı da təsirlidir. Əsəbləri sakitləşdirir iştahı açır.

Ağız qoxusunu aradan qaldırır, xroniki öskürəyə qarşı təsirlidir. Qanı təmizləyir, qaraciyər xəstəliklərinin müalicəsini tezləşdirir. Təzyiqi nizamlayır.

Gündəlik menyularında kərəvizə yer verənlər daha gec qocalırlar.

Bu tərəvəzdən bol miqdarda yedikdə üzdəki sızanaqlar azalır və tədricən yox olur. Dəri ləkələrinə yaxşı təsir göstərir və dəri rəngini açır.
Paylaşmak Güzeldir

Unknown

2013 Yılının son çeyreğinde blog yazmaya başladım, gündemi yoğun bir şekilde takip ediyorum ve önemli gördüğüm hususları blogum üzerinden sizlere aktarıyorum.

0 yorum:

Yorum Gönder

Copyright @ 2013 Hayallere Giden Yol. Designed by Elementx | Love for Siristatlı