Duyuru:

Web sitemize hoş geldiniz, umuyoruz ki web sayfamızı beğenirsiniz ve her zaman misafirimiz olursunuz.

10 Aralık 2013 Salı

Brüs Linin əşyaları "od tutub yandı"



Brüs Linin ölümünün 40-cı ildönümündə, məşhur idmançının sarı rəngli idman konstyumu 100 min dollara satılıb.
BiG.Az-ın "Associated Press"-ə istinadən verdiyi məlumata görə, Brüs Li həmin kostyomu “Ölüm Oyunu” adlı filmində geyinib.

Qeyd edək ki, sözügedən filmin çəkilşləri yekunlaşmamış kino-ulduz dünyasını dəyişib. Ölümqabağı son döyüş səhnəsində geyinmiş olduğu sarı kostyum Honq Konqda "çəkic altına" gələn Brüs Liyə məxsus 14 əşyadan biridir.

Linin bambukdan hazırlanmış qamçısı 12.308 dollara satılıb. Honq Konqda yaşayan əslən Britaniyalı kolleksiyoner isə hərracda aktyorun məşhur nünçakilərinə sahib çıxıb. Bunun üçün o 69.230 dollarından keçməli olub.

Adı çəkilən şəhərdə investisiya meneceri çalışan Corc Filips taxtadan olan laklanmış bu idman silahının onda uşaqlıq xatirələrini oyatdığını deyib. “Uşaq olanda nünçakilərlə məşq edərdik. Bir birimizə xəsarət yetirməmək üçün, başımıza motosiklet kaskası keçirirdik” - deyə alıcı bildirib. Habelə Londonlu alıcı nünçakiləri müvəqqəti olaraq muzeyə verəcəyini əlavə edib. Brüs Linin nefritdən hazırlığı brilok isə bundan əvvəlki hərracda Londonlu Brüs Li fanatına uduzmuş Stenli Zauya 20 min dollar bahasına qismət olub.

Alıcılar əşyaların həqiqiliyini təsdiq edən müvafiq şəhadətnamələr alacaqlar. Şəhadətnamələri Brüs Linin keçmiş dostu və tələbəsi Taki Kimura təsdiqləyəcək.

Qeyd edək ki, əlbəyaxa idman əfsanəsi Brüs Lİ 1973-cü ildə ağrıkəsicinin səbəb olduğu alergik kənar effektdən dünyasını dəyişib.
Paylaşmak Güzeldir

Unknown

2013 Yılının son çeyreğinde blog yazmaya başladım, gündemi yoğun bir şekilde takip ediyorum ve önemli gördüğüm hususları blogum üzerinden sizlere aktarıyorum.

0 yorum:

Yorum Gönder

Copyright @ 2013 Hayallere Giden Yol. Designed by Elementx | Love for Siristatlı