Duyuru:

Web sitemize hoş geldiniz, umuyoruz ki web sayfamızı beğenirsiniz ve her zaman misafirimiz olursunuz.

4 Kasım 2013 Pazartesi

Azərbaycanla Aİ arasında viza rejimi sadələşdirilir

Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi sazişi imzalana bilər. Sazişin Vilnüs sammitində imzalanması gözlənilir. Yəqin ki, Vilnüs Sammitində Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanacaq. Amma sazişin qüvvəyə minməsi üçün readmissiya haqqında sazişin imzalanması da lazımdır”. 

BiG.Az Amerkanın Səsi radiosuna istinadən xəbər verir ki, bu barədə Avropa Birliyinin Azərbaycandakı müvəqqəti işlər vəkili Toralf Pils jurnalistlərlə söhbətində bildirib. Onun sözlərinə görə, readimissiya sazişinin layihəsinin hazırlanması yekunlaşmaq üzrədir. “Readimissiya sazişi yəqin ki, 2014-cü ildə imzalanacaq və sənədlər paketi 2014-cü ildə rattifikasiya edilərək qüvvəyə minəcək”, o qeyd edib. 

Xatırladaq ki, Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi və readimissiya üzrə danışıqlarda əsas məsələlərlə bağlı bu ilin martında razılıq əldə olunub. Viza rejiminin sadələşdirilməsi viza almaq üçün təqdim olunan sənədlərin siyahısının azaldılmasını, uzun müddətə çoxdəfəli vizanın alınması imkanlarını, ayrı-ayrı şəxslər kateqoriyası üçün vizanın dəyərinin sadələşdirilməsini nəzərdə tutur. “Şərq Tərəfdaşlığı” ölkələrinin Vilnüs Sammiti noyabrın 28-99-da keçiriləcək. 

“Şərq Tərəfdaşlığı” Polşa və İsveçin Avropa Birliyinin qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür. "Şərq tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorusiya və Ukrayna.
Paylaşmak Güzeldir

Unknown

2013 Yılının son çeyreğinde blog yazmaya başladım, gündemi yoğun bir şekilde takip ediyorum ve önemli gördüğüm hususları blogum üzerinden sizlere aktarıyorum.

0 yorum:

Yorum Gönder

Copyright @ 2013 Hayallere Giden Yol. Designed by Elementx | Love for Siristatlı